Xalqa atəş açılması əmirini verən komandirlər yaxalanıb

Xalqa atəş açılması əmirini verən komandirlər yaxalanıb


Türkiyədə iyulun 15-də TRT telekanalına hücum və Boğaziçi körpüsündə xalqa atəş açılması əmirini verən komandirlər yaxalanıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, iyulun 15-dən hərbi çevriliş cəhdi uğursuzluğa düçar olandan sonra qaçan və axtarışda olan konyalı polkovnik Nebi Cazneli və malatyalı polkovnik Müslüm Kayanın Konyanın Selçuklu rayonunda bir mənzildə qaldığı müəyyən edilib.

Bununla əlaqədar dünən yerli vaxta saat 22:30-da xüsusi təyinatlı qüvvələrin dəstəyi ilə polis əməliyyat keçirib.

N. Gazneli evdə, M. Kaya isə eyvandan binanın damına çıxarkən yaxalanıblar.

Polis onların gizlənmələrinə kömək edən N. Gaznelinin qardaşı, səyyar satıcı Ömər Gazneli də saxlayıb. Ö. Gazneli ifadəsində qardaşı N. Gazneli ilə M. Kayanın bu həftənin çərşənbə günü Misirə getməyi planlaşdırdıqlarını bildirib.

Eyni zamanda onların silahlarını bir torbaya qoyaraq evinin bağçasında basdırdığını da etiraf edib.

Polis silahları həmin yerdə aşkarlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
791 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...