"Qafqaz Universiteti bu gündən Bakı Ali Neft Məktəbinin idarəçiliyi altında fəaliyyətə başlayıb"

"Qafqaz Universiteti bu gündən Bakı Ali Neft Məktəbinin idarəçiliyi altında fəaliyyətə başlayıb"


Bu gün Qafqaz Universitetində təhvil-təslim işləri həyata keçirilib. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov APA-ya açıqlamasında deyib ki, bununla da Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında fəaliyyətə başlayıb. Onun sözlərinə görə, iclasda Qafqaz Universitetinin rektoru Ahmet Sanıç könüllü olaraq ərizə yazıb rektor vəzifəsindən azad olunmasını xahiş edib: “Ona əlavə heç bir vəzifə verilmədi və Qafqaz Universitetinin rektoru vəzifəsindən azad olunmaqla işindən tamamilə getdi. Mən artıq Qafqaz Universitetinin rektoru vəzifəsini də icra edəcəm”.

Rektor Qafqaz Universitetinin adının dəyişiləcəyi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. O, bu xəbərlərin doğru olmadığını və Qafqaz Universitetinin adının dəyişilməyəcəyini qeyd edib. E.Qasımovun sözlərinə görə, sadəcə, ali məktəb Bakı Ali Neft Məktəbinin İdarəçiliyi altında fəaliyyət göstərəcək: “Bu il də Qafqaz Universitetinə tələbə qəbulu əvvəlki qaydada aparılacaq. Fürsətdən istifadə edərək Azərbaycanın bütün savadlı abituriyentlərini Qafqaz Universitetində təhsil almağa dəvət edirəm. Tələbələrin təhsili də Qafqaz Universitetinin kampusunda davam etdiriləcək. Universitetinin tələbə və müəllim kontingenti olduğu kimi qalır, sadəcə, universitet Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib və rektor olaraq həmin ali məktəbə rəhbərlik edəcəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
787 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...