“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri yay mövsümü ilə bağlı əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır.


İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üçt quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, istidən öz-özünə alovlanma baş verməməsi üçün yollar otlardan təmizlənir.

Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının soyuducu sistemi bir daha yoxlanılır, eyni zamanda vağzallardakı gözləmə zallarında kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
785 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...