`Məktəbdəki yanğının dəqiq səbəbi bilinmir` - İcra başçısı

 `Məktəbdəki yanğının dəqiq səbəbi bilinmir` -


Xəbər verdiyimiz kimi, bu gün Bakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdə yanğın hadisəsi baş verib. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hadisə yerinə baş çəkib. İcra başçısı AzVision.az-a açıqlamasında hadisənin baş vermə səbəbi ilə bağlı araşdırma aparıldığını deyib.

“Yanğının qısa qapanma nəticəsində baş verdiyi bildirlir. Amma hələlik bu, dəqiq deyil. hazırda bununla bağlı araşdırma aparılır. Eyni zamnda məktəbə dəyən ziyan dəqiqləşdirilir. Sevindirici hal odur ki, hadisə zamanı şagirdlər arasında xəsarət alan yoxdur”. Qeyd edək ki, hazırda partlayış nəticəsində baş verən yanğın tam söndürülüb. Hadisə nəticəsində şagirdlər arasında xəsarət alan olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
856 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...