"7 rayon azad olunacaq"
Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin sabitləşməsi Madrid prinsiplərinin reallaşmasına, həmçinin, işğaldakı Azərbaycan ərazilərinin azad olunmasına şərait yaradacaq. Publika.az xəbər verir ki, bu barədə Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Vyana görüşü haqda danışarkən deyib.
Onun sözlərinə görə, Minsk Qrupu ciddi döyüş hərəkətlərinin yenilənməsinin qarşısını almağa çalışır: “Apreldə baş verənlər göstərdi ki, münaqişə zonasında genişmiqyaslı müharibə başlaya bilər. Atəşkəs rejiminin möhkəmlənməsindən sonra Minsk Qrupu nizama salma istiqamətində aktiv işə başlayacaq”.
M.Brayza qeyd edib ki, bu proses Madrid prinsiplərinə əsaslanacaq.
“İşğal olunmuş yeddi rayon azad ediləcək, qaçqınlar doğma yurdlarına qayıdacaq. Dağlıq Qarabağın müvəqqəti hüquqi statusunun müəyyən edilməsi, səsvermə ilə son statusunun təyini təmin ediləcək. Ermənistanı Dağlıq Qarabağa bağlayan dəhliz saxlanılacaq və bölgəyə beynəlxalq sülhməramlıların daxil olması məsələsi gündəmə gələcək”, - deyə diplomat vurğulayıb.
906 dəfə oxundu