“Müsabiqədə separatçı rejimin bayrağının qaldırılması böyük səhvdir”
İsveç Krallığı parlamentinin (Riksdaq) Hüquq komitəsinin sədri, Parlamentlərarası Birlikdə (IPU) İsveç nümayəndə heyətinin rəhbəri Anti Avsanın Stokholmda keçirilən “Eurovision-2016” Mahnı Müsabiqəsində separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağının qaldırılmasına kəskin etiraz bildirib.
Anti Avsan APA-nın əməkdaşına deyib ki, belə mötəbər musiqi yarışmasında o bayrağın qaldırılması faciəvi səhvdir və onlar üçün arzuolunmazdır. Komitə sədri “Eurovision”un mahnı yarışması olduğunu xatırladıb, əlavə edib ki, burada millətlərarası nifrəti alovlandıracaq addımın atılması tədbirin məramına ziddir: “Təbii ki, burada məsuliyyət yarışmanı keçirənlərin üzərinə düşür, qərarı biz vermirik. Biz sadəcə ev sahibiyik. Bütün hallarda bu addımı pisləyirik və yarışmanın adı, ümumilikdə bizim üçün böyük yanlışlıq adlandırırıq”.
O, Azərbaycan xalqının üzləşdiyi problemindən xəbərdar olduğunu, prosesləri izlədiyini və beynəlxalq təşkilatların məsələ ilə yaxından maraqlanması üçün çağırış edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, “APA Holding”in Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsi ilə birgə reallaşdırdığı “Sərhəddənkənar azərbaycanlılar…” adlı layihə çərçivəsində şimali Avropa ölkələrində görüşlər keçirilir.
830 dəfə oxundu