Ermənistanda deputatı şantaj edən sayt rəhbəri həbs olundu

Ermənistanda deputatı şantaj edən sayt rəhbəri həbs olundu


Ermənistanda sayt rəhbəri və köməkçisi “reket” fəaliyyətinə görə həbs olunub. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, analitik.am saytının direktoru Ani Ovanisyan və onun köməkçisi ölkə parlamentinin deputatından rüşvət tələb edərkən yaxalanıb.

Jurnalistlər saytda deputat və onun ailəsi haqda həqiqətə uyğun olmayan xəbərlər yazmış, daha sonra isə deputatlar görüşərək bu yazıların dayandırılması üçün ayda 60 min dram (təxminən 5 min dollar) rüşvət tələb ediblər.

Mayın 3-də Yerevanın Nalbandyan küçəsindəki kafelərdən birində deputat pulu Ani Ovanisyana təqdim edərkən qabaqcadan hadisə yerini müşahidə edən polislər tərəfindən həbs olunublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
780 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...