Tağı Əhmədov “MTN işi” ilə bağlı danışdı

Tağı Əhmədov “MTN işi” ilə bağlı danışdı


Son günlər Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının sədri, sabiq metropoliten rəisi Tağı Əhmədovun adı “MTN işi”nin qurbanları sırasında hallanmaqla yanaşı, onun həm də bir müddət əvvəl bağlanan banklardan birində 8 milyon manat pulunun batdığı iddia olunur.

GUNDEMİNFO.AZ xəbər verir ki, Tağı Əhmədov musavat.com-a barəsində yayılan informasiyaların həqiqətə əsaslanmadığını və onda gülüş doğurduğunu söyləyib:

“Yazılanlar qərəz və böhtandan başqa bir şey deyil. Nə hər hansısa cinayətin qurbanı olmuşam, nə də bankda pul batırmışam. Yazılanlar reallığı əks etdirmir. Görünür, bəzi saytlar adımı hallandırdıqları belə gülünc xəbərlərlə özlərinə reytinq qazanmağa çalışırlar”.

Qeyd edək ki, Tağı Əhmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarova 3 milyon manat xərac verməsi məsələsi ilə də gündəmə gəlmişdi. Onun bu pulu gzli çəkilişlərin müqabilində ödədiyi qeyd edilirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
807 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...