Ermənistan əhalisinin sayı 1 ilə 12 min nəfər azalıb

Ermənistan əhalisinin sayı 1 ilə 12 min nəfər azalıb

Ötən ilin aprel ayı ilə müqayisədə Ermənistan əhalisinin sayı 12 min 300 nəfər azalıb. Ermənistan KİV xəbər verir ki, bunu ölkənin Milli Statistika Xidməti açıqlayıb. Qurumun məlumatına görə, bu ilin əvvəlindən isə ölkə əhalisinin sayı 4 min 2 nəfər azalıb. Hesabat dövründə əhalinin təbii artımı min 500 nəfər, mühacirət edənlərin sayı 5 min 700 nəfər olub.

2016-cı il aprelin 1-nə olan məlumata əsasən, Ermənistan əhalisinin sayı 2 milyon 994 min 400 nəfərdir.

Erməni sosioloqları bildiriblər ki, 1970-ci illərdən sonra ilk dəfə olaraq, ölkə əhalisinin sayı 3 milyondan az olub. SSRİ dağılandan sonra ölkə əhalisinin sayı 1 milyon azalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...