Sarkisyan iclasda əsəbləşdi: “Necə yəni nə olardı? Türklər indi Stepanakertdə oturardılar...”

Sarkisyan iclasda əsəbləşdi:


Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika partiyasının Şurasının aprelin 16-da keçirilən iclası zamanı səslənən bəzi suallardan bərk əsəbiləşib. GUNDEMİNFO.AZ virtualaz.org-a istinadla xəbər verir ki, buna səbəb Qarabağda baş verənlər haqda hakim partiya rəhbərliyinə daxil olan bəzi şəxslərin Sarkisyana ünvanladığı sualları olub.

“Qraparak” qəzetinin yazdığına görə, suallardan biri belə olub ki, əgər erməni tərəfi Azərbaycan ordusunun hücumunu dayandırmasaydı və “əks-zərbə” təşkil edə bilməsəydi, nə baş verərdi. Qəzet yazır ki, Sarkisyan bu sualdan bərk əsəbiləşib. “Necə yəni nə olardı? Bəyəm sənə aydın deyil? Türklər indi Stepanakertdə (Xankəndi - red.) oturmuşdu”, - deyə Sarkisyan qəzəbli halda bildirib.

Qarabağ mövzusunda növbəti sual isə belə olub: “KİV-də belə mövqe yayılıb ki, təmas xəttində ancaq kasıb ailələrin uşaqları xidmət edir, onların övladları həlak olur”. Sarkisyan qəzəblə cavab verib: “Nə bu mövzunu qaldıranların özləri, nə onların uşaqlarının hazırda orada olmadığı dəqiqdir...”

Qəzet yazır ki, məlumatı verən mənbədən Sarkisyanın kimi nəzərdə tutduğunu soruşub. Mənbə deyib: “Deməyə çətinlik çəkirəm. Ancaq, yəqin ki, Vardan Oskanyanı (keçmiş xarici işlər naziri) və onun ətrafını nəzərdə tuturdu”.

Ermənistanda hakim partiyanın həmin iclası qapalı keçirilib, müdafiə naziri Seyran Ohanyan cəbhədə yaranmış vəziyyət barədə məlumat verib. Təfərrüatlar açıqlanmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
878 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...