PKK terrorçusundan – Şok etiraflar

PKK terrorçusundan –


Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda təslim olan PKK üzvləri təşkilat haqqında tükürpərdici məlumatlar verib.

Axar.az xəbər verir ki, tutulan təşkilat üzvləri PKK-nın insanları aldadaraq öz tərəfinə çəkdiyini, ölkənin şərqində yaşayan kürdlərə böyük təzyiq etdiyini deyib:

“Kürd xalqına və bölgəyə çox zərər verdik. Millətin köçünə səbəb olduq. İnsanların evini talan edirdik. Bizə vəd etdikləri heç bir şeyi etmədilər. Bizi birbaşa ölümə sürüklədilər. Bizə “qiymətli əşyaları alın, divarları dağıdın və işiniz bitən kimi, evləri yandırıb çıxın”, - deyirdilər. İlk günlərdə bizə yaxşı baxırdılar. Yemək verib diqqət göstərirdilər. Sıralarımızda 15-17 yaşda gənc uşaqlar var idi, hamısı həlak oldu”.

Təşkilat üzvünün sözlərinə görə, terrorçuların hazırladığı partlayıcı maddələr bəzən evin içində partlayırmış:

“Bir evdən digər evə keçmək üçün divarlar açılırdı. Hadisələr də az olmayıb. Təşkilatın yerləşdiyi partlayıcılar qəflətən partlayırdı. Bu zaman onlarla insan ölürdü. Bir dəfə lap yaxınlığımda partlayış baş verdi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...