Ermənistan Qarabağ münaqişəsi ilə bağlı ali səviyyədə görüşə hazırdır

Ermənistan Qarabağ münaqişəsi ilə bağlı ali səviyyədə görüşə hazırdır


"Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ali səviyyədə görüşün keçirilməsini və görüşün tarixini ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə müzakirə etməyib".

APA-nın məlumatına görə, bu sözləri “RİA Novosti”yə açıqlamasında Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib. O bildrib ki, indiki mərhələdə danışıqlar prosesinin tərəfləri və həmsədrlər ali səviyyədə görüşün keçirilməsinin mümkünlüyü və ya onun keçirilmə tarixi barədə danışmayıblar. V. Akopyan qeyd edib ki, Rusiya, ABŞ və Fransa prezidentləri Minsk Qrupunun həmsədr ölkələri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ olmadığını dəfələrlə vurğulayıblar. O, ölkəsinin də bu mövqeyi dəstəklədiyini söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
835 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...