Rusiya əhalisinin yarıdan çoxu Moskvanın Dağlıq Qarabağ məsələsində neytral mövqe tutmalı olduğunu düşünür - SORĞU
Rusiyalıların 76%-i Ermənistan və Azərbaycan arasında aprelin əvvəllərində hərbi əməliyyatların yenilənməsi ilə bağlı bu və ya digər səviyyədə məlumatlı olub. Lakin əhalinin 52%-i hesab edir ki, Moskva münaqişəyə cəlb olunan dövlətlərdən heç birinin tərəfini tutmamalıdır.
APA-nın “interfax”a istinadən verdiyi xəbərə görə, bu barədə “İctimai Rəy” Fondunun apardığı sorğunun nəticələrində bildirilir
Rəyi soruşulanların 6%-i Rusiyanın Ermənistanı, cəmi 1%-i isə Azərbaycanı müdafiə etməli olduğunu düşünür. Respondetlərin 23%-i cavab verməkdə çətinlik çəkib. Həmçinin, sorğuda iştirak edənlərin 40%-i belə düşünür ki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin dayandırılması üçün əlindən gələn hər şeyi etməli, 30%-i isə Rusiyanın bu məsələdə böyük fəallıq göstərməməli olduğunu hesab edir.
Sorğu aprelin 9-10-da Rusiyanın 53 subyektinin 104 yaşayış məntəqəsindən 1500 respondent arasında keçirilib.
919 dəfə oxundu