Şadlıq evləri məktəblərdən işıq və qaz oğurlayır

Şadlıq evləri məktəblərdən işıq və qaz oğurlayır


“Bir çox məktəblərin kommunal xərclərinə qanunsuz müdaxilələr olur. Bakıda bu müdaxilələr şadlıq evləri, bölgələrdə isə fermer təsərrüfat sahibləri tərəfindən həyata keçirilir”. AzVision.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Ramil Orucov jurnalistlər üçün təşkil olunan seminarda səsləndirib. Onun sözlərinə görə, bu problemlər Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin fəaliyyətindən sonra aşkarlanıb:

“Mərkəzlər fəaliyyətə başlayandan sonra iki eyni məktəbin kommunal xərclərində fərqli rəqəmlər aşkarladıq. Araşdırma zamanı bəlli oldu ki, buna səbəb qanunsuz müdaxilələrdir. Bundan başqa, məktəblərdə əməyin ödənişi, təmirlə bağlı xərclərdə pozuntular aşkarlanıb. Bəzi məktəblərin yaxınlığında qaz xətləri olsa da, onların digər üsulla qızdırıldığını müəyyən etdik. Bu isə qaz çəkilişindən daha çox vəsait tələb edirdi. Bunun nə məqsədlə edilməsini bilmirik, amma yeni Ərazi Maliyyə Hesablaşma mərkəzləri fəaliyyətə başlayandan sonra artıq bu xərclərə xeyli qənaət olacaq”.

R.Orucov bildirib ki, artıq 13 belə mərkəz fəaliyyət göstərir, may ayının 1-dən Balakən və Masallı Mərkəzləri fəaliyyətə başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
819 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...