Vəzifəli şəxsin əcnəbi xanımı özünü asdı - Bakıda

Vəzifəli şəxsin əcnəbi xanımı özünü asdı -


Bakıda əcnəbi qadın intihar edib.

GUNDEMINFO.AZ xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Badamdar yolu 121 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Orada kirayədə yaşayan, Cənubi Afrika Respublikası (CAR) vətəndaşı, 1978-ci il təvəllüdlü Remadje Moarom Nikole evin pilləkən qəfəsindən özünü asıb. İki uşaq anası olan qadının özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, intihar edən qadının əri Azərbaycanda fəaliyyət göstərən özəl neft şirkətlərindən birində məsul vəzifədə çalışır.

Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
981 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...