Əli İnsanovun işi birinci instansiyasına məhkəməsinə qaytarıldı

Əli İnsanovun işi birinci instansiyasına məhkəməsinə qaytarıldı


Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Modern.az saytı xəbər verir ki, hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti qismən təmin olunub. İş baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilib.
Bir müddət əvvəl Ə.İnsanovun qarajı sökülüb. Bununla əlaqədar Vəfa Əlizadə adlı şəxsin Ə.İnsanova 50 min manat məbləğində pul ödəməsi barədə Nəsimi rayon məhkəməsi qərar çıxarıb. Həmin qərarın icrası məqsədilə Ə.İnsanov V.Əlizadənin səhmlərinin üzərinə həbs qoyulması barədə təqdimat verib. Məhkəmə təqdimatı təmin etsə də, Nəsimi rayon İcra şöbəsi icra etməyib.

Nəticədə Ə.İnsanovun vəkili 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə sabiq nazirin şikayətini qismən təmin edib. Qərardan narazı qalan Nəsimi rayon İcra şöbəsinin icra məmuru R.Muradov apelyasiya şikayəti verib.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.
2007-ci ilin aprel ayında o, korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
940 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...