Qarabağda döyüşlər: erməni əsgəri yaralandı

Qarabağda döyüşlər:


Martın 30-da qoşunların təmas xəttində David Qriqoryan adlı erməni hərbçisi güllə yarası alıb. Virtualaz.org tert.am-a istinadən bildirir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan yayıb. Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyi bu gün erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozduğu barədə məlumat yayıb. Məlumatda o da bildirilir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 121 dəfə atəş zərbəsi endirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
896 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...