Havay adaları “DQR”in müstəqilliyini tanıdı - Rəsmi Bakı bəyanat yaydı

Havay adaları “DQR”in müstəqilliyini tanıdı -


Amerika Birləşmiş Ştatlarının xarici siyasəti federal hökumət tərəfindən müəyyən edilir. ABŞ tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi dəstəklənir. Virtualaz.org-un məlumatına görə, bunu Havay ştatının nümayəndələr palatasında qəbul edilmiş qərarı şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H.Hacıyev deyib: "Xatırlatmaq istərdim ki, ABŞ-dakı radikal erməni lobbisi 10 mart 2016-cı il tarixində bu məsələni ABŞ-ın Havay ştatının senatının gündəliyinə gətirməyə çalışsa da, uğursuzluqla üzləşdi. Belə ki, ştat senatı gündəliyə gətirilməsinə cəhd edilən anti-Azərbaycan xarakterli iki qətnaməni rədd etdi. Ştat Senatının rəhbərliyi 11 mart tarixində rəsmi bəyanat verərək, ABŞ siyasətinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə etdi və Havay ştat senatının bu qətnamələri qəbul etməyəcəyini diqqətə çatdırdı".

XİN rəsmisi qeyd edib ki, bu uğursuzluqdan sonra təxribatçı və cılız əməllərini davam etdirən Ermənistan və ABŞ erməni lobbisi Havay ştatının yerli qanunverici orqanının nümayəndələr palatasına üz tutdu: "Bütün bunlar bir daha ona dəlalət edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır. Ermənistanın əsl məqsədi işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsidir".

* * *11:47

ABŞ ştatlarından biri olan Havay adaları qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıdıyıb.

Virtualaz.org bildirir ki, bu xəbəri “Ermənistan xəbərləri” saytı yayıb.

Məlumata əsasən, martın 29-da Havay adalarının Nümaytəndələr palatası “DQR”in müstəqilliyini tanıyıb.

Xatırladaq ki, əvvəllər ABŞ-ın Men, Luiziana, Massaçusets və Rod-Aylend ştatları da bu təşəbbüslə çıxış ediblər. O zaman Azərbaycan XİN bəyan etmişdi ki, ABŞ-ın xarici siyasət məsələləri federal hökumətin müstəsna səlahiyyətindədir və ştatların ayrı-ayrılıqda qərarları heç bir hüquqi əhəmiyyətə malik deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
841 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...