İntiqam Əliyev evindədir

İntiqam Əliyev evindədir


Xəbər verdiyimiz kimi, bu gün Ali Məhkəmə hüquq müdafiəçisi İntiqam Əliyevin 5 il müddətinə şərti cəza ilə azadlığa buraxılması ilə bağlı qərar verib.

“Qafqazinfo” xəbər verir ki, İntiqam Əliyev artıq saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsindən azad edilib. Bu barədə müəssisədən İntiqam Əliyevin oğlu Nəcmin Kamilə məlumat verilib.

Onu azadlıqda qarşılamaq üçün jurnalistlər, ailə üzvləri, dostları və həmkarları toplaşsa da hüquq müdafiəçisi Penitensiar Xidmətin maşını ilə birbaşa evə yola salınıb.

Xatırladaq ki, məhkəmədə baş prokuror Zakir Qaralovun İntiqam Əliyev barəsində seçilən cəzanın ağır olmasına dair əlavə kassasiya protestini onun müavini Namiq Əsgərov müdafiə edib.

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilib. İntiqam Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
950 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...