Serbiyada 10 min nəfər NATO əleyhinə mitinqlərə qatıldı

Serbiyada 10 min nəfər NATO əleyhinə mitinqlərə qatıldı


Serbiyada NATO əleyhinə təşkil edilən mitinqlərdəki iştirakçıların sayı 10 min nəfərə çatıb.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında mitinqin əsas təşkilatçılarından biri olan serbiyalı siyasətçi Boşko Obradoviç söyləyib. O, mitinq iştirakçılarının hökumətdən təcili referendum keçirilməsini istədiklərini bildirib.

Qeyd edək ki, Serbiya bir müddət öncə NATO ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Bu ölkədəki rusiyayönlü qüvvələrin etirazına səbəb olub. NATO əleyhdarları ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı istiqamətində irəlləməsini tələb edirlər. Moskva isə NATO-nun Balkanlarda fəaliyyətinin genişlənməsindən narazılığını gizlətmir. Rusiya xüsusilə Montoneqronun NATO ilə münasibətlərinin sıxlığını dolayı yolla qəbul etmədiyini açıqlayıb.

Ekspertlər Kremlin bu sərt ismarıclarını özünün Avropadakı son dayaqlarını itirməmək uğrunda mübarizə adlandırıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
920 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...