Müəllimlərin əmək haqlarının artımı 60 mindən çox müəllimə şamil ediləcək

Müəllimlərin əmək haqlarının artımı 60 mindən çox müəllimə şamil ediləcək


Prezident İlham Əliyevin dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam ölkədəki müəllimlərin 40 faizinə -60 mindən artıq müəllimə şamil ediləcək.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin maliyyə şöbəsinin müdiri Rauf Orucov deyib. O qeyd edib ki, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında”sərəncama əsasən, müəllimlərin aylıq vəzifə maaşları 2016-cı il aprelin 1-dən orta hesabla 10 faiz artırılacaq.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev deyib ki, artım diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil ediləcək. Artım zamanı müəllimlərin diaqnostik qiymətləndirmədə aşağı, yaxud yüksək bal toplaması nəzərə alınmayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
857 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...