İranla sərhəddə kimlər öldü - Adlar
Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınan zaman öldürülən 5 nəfərin kimliyi məlum olub. ANS xəbər verir ki, öldürülənlərin 3-ü banqladeşli, 2-si isə Yardımlı rayonunun Ostayir kəndinin sakinləridir. Öldürülən Ostayir sakinləri Rəhimov Sadiq Teyyub oğlu və Qasımov Əkbər Əjdər oğlu olub.
Qeyd edək ki, Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınana zaman 5 nəfər öldürülüb. Belə ki, martın 13-ü saat 04:10 radələrində xidməti sahədə işarəverici qurğunun işə düşməsi nəticəsində 8-10 nəfərdən ibarət bir qrup şəxsin Azərbaycandan İran İslam Respublikası istiqamətində hərəkət etməsi aşkar edilib və sərhəd pozucularının saxlanması üzrə tədbir keçirilib.
Qaranlıq və sıx dumanlıq şəraitində təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq onlara qarşı silahlı müqavimət göstəriblər. “Dövlət sərhədi haqqında” Azərbaycan Raespublikası Qanununun tələblərinə tam uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq olunmuş, nəticədə sərhəd pozucularından 5 nəfər yaralanıb, 2 nəfər isə saxlanılıb. Dərhal hadisə yerinə gələn hərbi həkimlər qrupunun tibbi yardımına baxmayaraq yaralanan sərhəd pozucularının həyatını xilas etmək mümkün olmayıb.
Qanunsuz olaraq dövlət sərhədini pozan qrupun Banqladeş vətəndaşlarından və onlara bələdçilik edən silahlı şəxslərdən ibarət olması müəyyən edilib. Hadisə yerinə baxış zamanı atılmış ov tüfəngi patronları, 1 ədəd “Brovning” markalı tapança aşkar olunub.
1008 dəfə oxundu