"İlham Əliyevə minnətdaram"- Leyla Yunus

"İlham Əliyevə minnətdaram"-


“Mən prezident İlham Əliyevə minnətdaram ki, bizi həbsdən buraxdı”.

AzVision.az xəbər verir ki, bunu Leyla Yunus bu gün keçirilən məhkəmə prosesində çıxışı zamanı deyib. O, ölkədən çıxışına məhdudiyyətin aradan qaldırılmasını istəyib: “Həyat yoldaşım və mən ağır xəstəyik. Əgər bizi həbsdən buraxmasaydılar, ən azı birimiz indi sağ olmayacaqdıq. Mən Azərbaycan prezidenti İlham Əliyevə bizi həbsdən buraxdığına görə minnətdaram”.
Qeyd edək ki, Leyla və Arif Yunus müalicə almaq üçün xaricə getməyə görə icazə verilməsi ilə bağlı Yasamala rayon məhkəməsinə müraciət edib. Onların müraciəti təmin edilməyib. Appelyasiya məhkəməsində qərar qüvvədə saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
934 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...