Əfv Komissiyası yenidən toplandı

Əfv Komissiyası yenidən toplandı


Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bu barədə "Report"a Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib. O bildirib ki, iclasda Komissiyaya daxil olan müraciətlərə baxılıb: "İclasda çoxsaylı müraciətlərə baxıldı. Bundan sonra da iclaslarımız davam edəcək".

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının yeni tərkibinin ilk iclası martın 1-də keçirilib. Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin növbəti əfv fərmanı imzalayacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
841 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...