Cavid Qurbanovun da səlahiyyətlərinin bir qismi alındı

Cavid Qurbanovun da səlahiyyətlərinin bir qismi alındı


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin səlahiyyətləri məhdudlaşdırılıb

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, bundan sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin kollegial orqanı olan İdarə Heyəti Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərarın qəbul edilməsi üçün Nazirlər Kabinetinə müraciət etməlidir. İdarə Heyətinə isə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək səlahiyyəti verilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri də müqavilələr bağlayarkən bu tələbləri nəzərə almalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...