"Türklər erməniləri cəzalandıra və Azərbaycan torpaqlarını geri qaytara bilər" - “Vaşington Tayms”
Rusiya və Türkiyə qarşıdurması yalnız Suriyada deyil, Qafqazda da davam edir. Bu barədə “Vaşington Tayms” nəşri yazıb.
Nəşr qeyd edir ki, son bir neçə ayda Rusiya Ermənistanın silahlandırılmasını gücləndirir: “Moskva ilə İrəvan Hava hücumundan müdafiə sistemlərini birləşdirirlər. Bundan başqa, Rusiyanın Ermənistandakı hərbi bazalarına yeni hərbi-texnikalar yerləşdirildi. Əslində, hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi haqda razılaşma bir neçə ay ərzində hazırlanırdı. Amma təyyarələrin və hərbi vertolyotların göndərilməsi Türkiyəyə xəbərdarlıq idi, həmçinin, NATO-ya xüsusi mesaj verilirdi”.
Amerikalı analitikləri “Ermənistan aktiv şəkildə Rusiyanın müttəfiqi oldumu”, yaxud “Moskva bu ölkədən Türkiyəyə qarşı piyada kimi istifadə edəcək” sualları düşündürür. Analitik Ariel Koen hesab edir ki, Türkiyə-Rusiya qarşıdurması artıq “ölümcül” vəziyyətə çatıb: “Ermənistan da bu qarşıdurmanın ön cəbhəsindəki dövlətdir”. Nəşr qeyd edir ki, Rusiyanın yaxın dövrlərdə Cənubi Qafqazda münaqişələri alovlandıracağı, xüsusilə Dağlıq Qarabağda müharibə törədəcəyinə dair qorxular var.
Politoloq Castin Byork hesab edir ki, Rusiya Ermənistanı Türkiyəyə qarşı daha aktiv mübarizəyə sövq edir: “Əgər İrəvan Moskvaya mənfi reaksiya verəcəksə, onda ruslar Qarabağ kartından istifadə edərək, erməniləri cəzalandıra bilər. Hansı ki, bu Azərbaycanın qələbə çalması və ərazilərin qaytarılması deməkdir. Yaxın dövrdə bu proseslərin hansı istiqamətdə cərəyan edəcəyinin şahidi olacağıq”. Onun fikrincə, Ermənistan artıq Rusiyanın piyadası deyil və İrəvanda ölkənin türk-rus qarşıdurmasında alət olmasına qarşı çıxanlar var.
Digərləri isə iddia edir ki, Ermənistan artıq Rusiyanın rəsmən əlaltısına çevrilir. ABŞ Dövlət Departamentinin sabiq rəsmisi Adam Erelinin o fikri müdafiə edir ki, Rusiya Ermənistanı tamamilə nəzarəti altına alıb və istənilən vaxt Kreml öz əlaltısını türklərə qarşı müharibəyə sövq edə bilər. NATO-nun Belçikadakı qərargahındakı mənbə “Vaşinqton Tayms"a bildirib ki, əgər Rusiya təyyarələri Ermənistan-Türkiyə sərhədində uçuşlara başlayarsa, bu, açıq şəkildə Türkiyə və NATO-nun təhdid edilməsidir.
“Hələ ki, biz bunu görmürük. Hesab edirik ki, Ermənistan buna razı olmur. Bu baxımdan ümid edirik ki, ruslar Ermənistanda ağıllarına gələn hər şeyi edə bilməyəcək”, - deyə Alyansın adının açıqlanmasını istəməyən hərbçilərindən biri diqqətə çatdırıb./publika.az/
1086 dəfə oxundu