Yol polisi ilə qadın sürücünün davası haqda açıqlama - video

Yol polisi ilə qadın sürücünün davası haqda açıqlama -

Yol polisinin onun əmrinə tabe olmayan qadın sürücünü döyməsi ilə bağlı sosial şəbəkədə yayılan video müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, hadisə Xətai rayonu Süleyman Vəzirov küçəsində baş verib. Belə ki , 99 YP 497 nömrə nişanlı YPX ekipajının əməkdaşı 99 FH 475 nömrə nişanlı avtomobilin sürücüsü olan qadınla aralarında mübahisə yaranıb. Nəticədə polis qadın sürücünü itələyərək yerə yıxır. Polisin qadın sürücüyə qarşı bu cür kobud hərəkətə yol verməsi sosial şəbəkədə ciddi tənqid edilib.

“Qafqazinfo” məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarsəinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb. O bildirib ki, hadisədən məlumatlıdır, hazırda araşdırmalar aparılır: “İlkin əldə olunan məlumata görə, qadın polisin əmrinə tabe olmayıb, onun üzünü cırmaqlayıb. Hazırda həmin polis hospitaldadır. Xanımın əri də maşında olub. Sürücünün sənədi olmayıb. Sürücü isə Xətai rayon məhkəməsində cərimə olunub. Hadisə barədə ətraflı məlumatı isə bir azdan verəcəyik”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1112 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...