Tərtər ağsaqqalarından deputatın ittihamlarına CAVAB

Tərtər ağsaqqalarından deputatın ittihamlarına


Millət Vəkili Fazil Mustafanın əsassız ittihamına cavab verilib. Gundeminfo.az-a Tərtər rayon ağsaqqaları tərəfindən daxil olan cavabda bildirilir:

- Heç vaxt reallığı əks etdirib konkret faktlara söykənməyən əsassız ittihamlar çöz yox ki, cəmiyyət tərəfindən rəğbətlə qarşılana bilməz. Həm də nəinki təkcə qarşılana bilməz, eyni zamanda ittihamçının şəxsiyyətinə istər-istəməz kölgə sala bilər.

Hörmətli Millət Vəkili Fazil Mustafanın Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova qarşı irəli sürdüyü ittihamı da məhz bu cür reallığa söykənməyən ittiham kimi qiymətləndirmək olar.

Çox-çox təssüf hissi ilə qeyd etməyi lazım bilirik ki, son illər Tərtər şəhərində görülmüş diqqətəlayiq abadlıq və mədəni quruculuq işlərini görməyən və yəqin ki, qəsdən də görmək istəməyən millət vəkili nəyə görə sə “Qaynar info” vasitəsi ilə öz qərəzli ittihamını səsləndirməklə rayon rəhbərinin gördüyü yaxşı işlərə, onun tərtərlilər tərəfindən qəlbən sevilməsinə kölgə salmağa çalışmışdır. Millət vəkilinin ittihamında deyilir: “... Biz Avropa Şurasında ermənilərin Sərsəng su anbarı vasitəsi ilə törədə biləcəyi ekoloji təhlükə ilə bağlı ciddi bir sənəd qəbul etmişdik. Bu gün Tərtərdə olanda əmin oldum ki, Sərsəng su anbarından daha böyük təhlükə bu rayonun icra başçısıdır”. Qərəzin, nifrətin dərəcəsinə baxın bir!

Millət Vəkili başçıya qarşı irəli sürdüyü ittihamı əsaslandırmaq üçün son vaxtlar şəhərdə içməli su və kanalizasiya xətlərinin çəkilməsi ilə əlaqədar müvəqqəti çətinlik yaratmış, tezliklə də aradan qaldırılması təmin ediləcək qazıntı işlərinə istinad edir. Amma nəyə görəsə onu da nəzərə almır ki, belə halların olması təbiidir və keçici haldır. Hörmətli Millət Vəkilinin su-kanalizasiya sisteminin yerlə deyil, başqa alternativ çəkilişi ilə bağlı “ixtirası” varsa, bu tək Tərtər rayonu üçün deyil, bütünlüklə dünya üçün əhəmiyyətli olduğuna görə böyük marağa səbəb olar. Biz qəhrəman tərtərlilər olaraq bu ixtiranı ilk olaraq sınaqdan keçirməyə hazırıq.

Hələ ki belə bir alternativ olmadığı üçün Tərtər rayonunun ağsaqqalları və rayon ictimayyəti bu böhtan xarakterli ittihamı qətiyyətlə pisləyir və qeyri məqbul hesab edirik.

Tərətər rayon ağsaqqalları və ictimayyət nümayəndələri adından:

Qədir Alahverdiyev
Rayon ağsaqqallar Şurasının sədri




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
955 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...