İlham Əliyevdən xidməti və mülki silah haqqında sərəncam

İlham Əliyevdən xidməti və mülki silah haqqında sərəncam


Nazirlər Kabineti təklif hazırlamalıdır.Prezident İlham Əliyev “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabinetinə qanunlarının və prezidentinin aktlarının “Xidməti və mülki silah haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək, eləcə də normativ hüquqi aktları həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentinə məlumat vermək tapşırılıb.

Mərkəzi icra hakimiyyəti orqanları isə normativ hüquqi aktların həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat verməlidirlər.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1082 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...