Cərimə balı sistemində nasazlıq olub - DİN-dən açıqlama

 Cərimə balı sistemində nasazlıq olub -


Daxili İşlər Nazirliyi sürücü cərimələri yoxlayan sistemin deaktiv olması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

AzVision.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, DİN-in saytında sürücü cərimələri yoxlayan sistemin deaktiv olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil:

“Əslində Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən qabaqcadan təsdiq edilmiş plana uyğun olaraq Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin texniki təminatı daha müasir və qabaqcıl texnologiyalar əsasında hazırlanmış yeni proqram təminatına keçirilib. Həmin keçid zamanı bəzi texniki nasazlıqlar yaranıb ki, artıq onlar tam şəkildə aradan qaldırılıb. Hazırda mərkəzi informasiya sistemi həmişə olduğu kimi normal fəaliyyət göstərir”.

Qeyd edək ki, bəzi KİV-də Daxili İşlər Nazirliyinin saytında sürücü cərimələri yoxlayan sistemin "çökməsi" barədə məlumatlar yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
988 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...