Azərbaycanlılar İran bayrağını yandırdılar

Azərbaycanlılar İran bayrağını yandırdılar

Bu gün günorta saatlarında Təbrizdə İran bayrağı yandırlıb. Musavat.com-a daxil olan məlumata görə hadisəni "Traxtur" futbol komandasının azərbaycanlı azarkeşləri törədib.
Buna səbəb isə dünən İranın əsas liqası olan “Pro Lig”-də Təbrizin “Traxtur” komandası ilə Tehranın “Naft Tehran” komandası arasında keçirilən oyunda baş verən qarşıdurma olub.
Belə ki, 3-3 hesabı ilə bitən oyunun sonunda “Traxtur” komandası və tərəfdarlarına bildirilib ki, “Saypa-Sepahan” oyunu bərabər nəticə ilə sona çatıb və “Traxtur” artıq çempiondur.

Bundan sonra 90 min azarkeş meydana axışaraq böyük sevinc yaşayıb, şənlik ediblər. Lakin sonradan məlum olub ki, anons səhv verilib. “Sepahan - Syapa” komandaları arasında görüş bərabərə deyil, “Sepahan”-ın 2-0 hesablı qələbəsi ilə başa çatıb. Guya, bu yanlış məlumat stadionda təhlükəsizliyi qorumaq üçün verilib.

Deyilənə görə, “Traxtur”un baş məşqçisi Antonio Oliveyraya oyun zamanı tapşırıq verilib ki, komandası artıq çempion olduğundan oyunçularına geri çəkilmək göstərişini versin.

Aldığımız məlumata görə, oyundan sonra azarkeşlər qəzəblənərək stadionun stullarını qırıb, hakimə hücüm ediblər. Nəticədə polis ilə azarkeşlər arasında ciddi qarşıdurma yaranıb və 300-ə yaxın insan yaralanıb, ölənlər var.

Bu gün isə hirsi soyumayan azarkeşlər Təbrizin mərkəzində İran bayrağını yandırıblar.

Qeyd edək ki, adı çəkilən oyunu izləmək üçün paytaxt Bakıdan və Azərbaycanın digər bölgələrindən çoxlu sayda “Traxtur” azarkeşi Təbrizə yollanmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1524 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...