İlqar Məmmədov həbsxana şəraitindən narazı deyil

İlqar Məmmədov həbsxana şəraitindən narazı deyil

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2, 6 və 15 saylı cəzaçəkmə müəssisələrinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmələrdə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, məhkumların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib. Başçəkmələr zamanı MPQ üzvləri tərəfindən həmin müəssisələrdə 40-dan çox məhkum, o cümlədən İlqar Məmmədov fərdi qaydada qəbul edilib, onlarla konfidensial şəraitdə söhbətlər aparılıb və müraciətləri yerində araşdırılıb.

Saxlanılan şəxslər şəraitdən və onlara qarşı rəftardan narazılıq etməyib, onlara hüquqları və ombudsmanın səlahiyyətləri izah olunub, qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Habelə CÇM-lərin cərimə təcridxanalarına, tibb-sanitar hissələrinə və digər obyektlərinə baxışlar keçirilib, müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1474 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...