İranı dağıdan PUA-lar hansı ölkədən qalxıb? – ŞOK DETALLAR

İranı dağıdan PUA-lar hansı ölkədən qalxıb? –
ABŞ İrana zərbələrin endirilməsində iştirak etməyib.

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Patrik Rayder deyib. Rayder açıqlamasından sonra jurnalistlərin digər suallarını şərh etməkdən imtina edib.

Bununla belə, İrana ötən gün endirilən zərbələrlə bağlı iddialar da artmağa başlayıb.

“Vol Strit Jurnal” qəzeti İrana kütləvi dron hücumunun İsrailin məxfi əməliyyatı olduğunu öz mənbələrinə istinadən açıqlayıb. Qəzet İsrailin bu hücumu haradan və hansı ölkədən həyata keçirdiyini açıqlamaqdan imtina edib. Belə ki, Təl-Əvivin Bəhreyn və İraq Kürd Muxtar Vilayəti ilə yaxın münasibətləri PUA-ların məhz bu ərazilərdən göndərilmə ehtimalını artırıb. Bununla belə bu gün İraqın Kərkük şəhəri yaxınlığında İsrail PUA-sının qəzaya düşməsi bütün oxları Bərzaninin nəzarətindəki administrasiyaya yönəldib.

“Əl Arabiya” televiziyası isə əməliyyatda İsraillə yanaşı ABŞ-ın da iştirak etdiyini bildirib. Televiziya Vaşinqtonun əməliyyatda iştirakının əsas məqsədinin ballistik raket anbarının partladılması olduğunu iddia edib.

Maraqlı məqam bu gecə də İranda partlayışların qeydə alınması olub. Belə ki, xüsusilə Mahabad və Ban şəhərlərindən partlayış səsləri eşidilməklə bərabər, həyəcan siqnalı verilib. Hücum edilən istiqamətlər arasında İran İslam İnqilabı Keşikçilər Korpusunun bazalarından biri də olduğu vurğulanıb.

Digər mühüm nüans isə Qərbi Azərbaycanda yerləşən Mahabadın İraqla sərhədə yaxınlığı və etiraz aksiyalarının əsas mərkəzlərindən biri olmasıdır. Məhz bu ərazilərdən SEPAH bir ay öncə İraq Kürd Muxtar Vilayətinin ərazilərini raket zərbələrinə məruz qoymuşdu.

Baş verənlərin fonunda böyük dövlətlərin səssizliyi isə qəribə situasiya yaradıb. Yanvarın 29-da qeydə alınan hücumlarla bağlı demək olar ki, heç bir ölkə, xüsusilə də İranın müttəfiqi sayılan Çin olaya reaksiya verməyib. Təkcə Çin yox, İran rəsmiləri də situasiyaya ehtiyatla yanaşıb.

“Hələlik İranın PUA hücumuna reaksiyasında ehtiyatlılıq müşahidə edilir. Bu da onu deməyə əsas verir ki, Tehranın reaksiyası yalnız orada formalaşmır. Çinin özü insidentə ümumiyyətlə reaksiya verməyib, sadəcə İsrailə Fələstinlə konfliktin yenidən alovlanmasının qəbuledilməz olduğunu bildirib. Görünür, İran mövzusu artıq birmənalı dəyərləndirmədən məhrum olub”, – rusiyalı ekspert Maksim Jarov bildirib.

Bununla belə, Fələstinin dəstəklənməsi məsələsində İran daha da aktivləşib. Hücumlardan dərhal sonra İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian Fələstindəki HƏMAS və İslami Cihad təşkilatlarının liderlərinə zəng edib ki, bunun da İsraillə münasibətləri daha da kəskinləşdirəcəyi və Təl-Əvivə qarşı qisas hücumunu başladacağına şərait yaradacağı güman edilir. (globalinfo.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...