Ramiz Mehdiyevin kürəkəninin dövlətə vergi borcu var

Ramiz Mehdiyevin kürəkəninin dövlətə vergi borcu var
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkənin şirkətlərinin külli miqdarda dövlət borcu var.

Qaynarinfon-nun məlumatına görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin (Əli-Səftər) hazırda "German Hospital” adı altında fəaliyyət göstərən Astoriya Tibb Mərkəzinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 60 min manatdan çox vergi borcu yaranıb.

Bir il əvvəl Ramiz Mehdiyevin kürəkəninə məxsus şirkətlərin dövlətə 4 milyon manatdan çox vergi borcu var idi. O, vorcun xeyli hissəsini ödəsə də, hazırda yenə də dövlətə vergi borcu qalmaqdadır.

Qeyd edək ki, İlham Əliyevin hazırda "Topaz” MTK, "Qala-R.L” MTK, "NLT” MMC, "Premium Store” MMC, "Servis” Mənzil-Tikinti Kooperativi, "E & S” MMC, "Aqua Safe”, "Dry Tech”, "Aqua Safe H2O” MMC və digər adlı şirkətləri mövcuddur.

Ramiz Mehdiyevin kürəkəninin dövlətə vergi borcu var
Ramiz Mehdiyevin kürəkəninin dövlətə vergi borcu var



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
570 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...