“İrəvan rus satqınlarını qorxuya salıb” – Arşakyan Moskvanı HƏDƏLƏDİ

“İrəvan rus satqınlarını qorxuya salıb” –
“Moskva Azərbaycanla yanaşı oynamaq siyasəti ilə sadəcə olaraq Ermənistanı özündən uzaqlaşdırdı. Bizə xəyanət edən “strateji müttəfiqin” qərəzliliyinə ölkəmizdə heç kimin şübhəsi yoxdur”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb:

“Baş nazir Nikol Paşinyan hökumətin iclasında Rusiya sülhməramlılarına qarşı sərt iddialar səsləndirib. Bu da Moskvanın ünvanına açıq-aşkar qınaq olub. Dünən isə Mirzoyan Rusiya paytaxtında keçirilən üçtərəfli görüşə getmədi. Ermənistan hakimiyyətinin demarşı məntiqlidir” – Arşakyan vurğulayıb.

Lavrov isə Ermənistan XİN rəhbərinin Moskvada keçiriləcək üçtərəfli görüşdə iştirakdan imtina etməklə fürsəti əldən verdiyini bildirib: “Hər hansı insidentdən sonra tərəflərdən biri razılaşdırılmış danışıqlar raundundan imtina etsə, münaqişə daha da uzanacaq. Bu addım heç vaxt heç kimə xeyir gətirməyib. Hətta öz mövqeyini dünya ictimaiyyətinə çatdırmaq nöqteyi-nəzərindən erməni həmkarımız uduzdu”, – Lavrov bildirib.

Arşakyan fikirlərini erməni xislətinə uyğun şəkildə davam etdirir: “Moskva öz fəaliyyəti, siyasəti və Azərbaycanla yanaşı oynaması ilə Ermənistanı sadəcə olaraq özündən uzaqlaşdırdı. Bu gün ermənilərin “strateji müttəfiqə” rəğbətinin azalması diqqətdən kənarda qalmayan bir faktdır. Ona görə də Moskva hədə-qorxu ilə ayaqlarını yerə vurmamalı və İrəvanın rus sülhməramlılarını BMT, ATƏT və ya ATƏT-in Minsk Qrupunun missiyaları ilə əvəz etmək təşəbbüsünü tənqid etməməlidir. Ukrayna ilə müharibədə zəifləmiş Rusiya Qərbin onu regiondan sıxışdırıb çıxaracağından qorxur və buna görə də çılğın şəkildə həm Gümrüdəki bazasından, həm də “Artsax”dakı sülhməramlılardan yapışır” – deyə erməni müəllif Moskvanı tənqid edib.

HAŞİYƏ: “Arşakyanın öz ölkəsinin müttəfiqi olan Rusiyanı sərt şəkildə təbqid etməsi daxili məsələdir. Ancaq erməni müəllifin Azərbaycan ərazisinə hansısa BMT, ATƏT missiyasını yerləşdirməklə bağlı fikirləri absurddur. Bu, yalnız İrəvanın xülyası ola bilər. Rəsmi Bakı heç zaman öz ərazisinə hansısa missiyanın daxil olmasına imkan və icazə verməyəcək. Əksinə Azərbaycan rus sülhməramlılarının da Qarabağdan çıxarılacağını bəyan edir. Odur ki, Arşakyan xülyalarını məqaləsində əks etdirməsə daha yaxşı olar.

“Lavrovun arqumentləri birtərəflidir və obyektivlikdən uzaqdır. Onu ancaq Rusiya maraqlandırır, Ermənistan heç vecinə də deyil. Düşünürəm ki, bizə xəyanət edən “strateji müttəfiqin” qərəzliliyinə ölkəmizdə heç kimin şübhəsi yoxdur. Və təbii ki, bu həm Ermənistan rəhbərliyinin, həm də bütün ermənilərin ictimai mövqeyidir. Aydındır ki, İrəvanın son demarşları Moskvanı ciddi şəkildə qorxudur. Onlar başa düşürlər ki, artıq Ermənistan hakimiyyətinə təsir rıçaqları yoxdur. Ruslar bizim maraqlarımıza, təhlükəsizlik məsələlərimizə, Ermənistanın ərazi bütövlüyünə əhəmiyyət vermirlərsə, niyə biz onlara eyni hikkə ilə cavab verməməliyik?” – Tevos Arşakyan fikirlərini tamamlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...