Texniki-humanitar liseydə direktorun ad gününə yığılan pul geri qaytarıldı

  Texniki-humanitar liseydə direktorun ad gününə yığılan pul geri qaytarıldı

Paytaxtdakı Texniki-humanitar liseydə direktorun ad günü münasibətilə pul yığılması barədə daxil olmuş məlumatla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb.

Bu barədə İdarədən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib.

“Araşdırma zamanı məlum olub ki, 8F sinfinin valideyni məktəb direktoruna gül buketi almaq üçün pul yığılmasını sinfin digər valideynlərinə təklif edib. Təklifi qəbul edən bir neçə valideyn kart vasitəsilə 5 manat pulu könüllü olaraq ödəyiblər.
Araşdırma nəticəsində pul yığımının qarşısı alınıb və toplanmış vəsaitlər geri qaytarılıb. Digər siniflərdə analoji hallar müəyyən
edilməyib” – deyə BŞTİ-dən bildirilib.

Qeyd edək ki, daha əvvəl sözügedən liseydə təhsil alan valideynlərdən biri Yeniavaz.com-a müraciət edərək məktəbdə direktorun ad gününə pul yığılması təşəbbüsü barədə məlumat verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
603 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...