Azərbaycanla bağlı yeni sensasion plan hazırlanır – Türkiyənin əli ilə…
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Türkiyənin Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesində birbaşa iştirakını dəstəkləmək üçün bəyanatla çıxış edib. İstanbulda keçirilən “TRT World Forum 2022” çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra Toivo Klaar öz tviter səhifəsində bunları yazıb: “Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində real yardım göstərə bilər. İnanın ki, bu ölkənin Ermənistanla Azərbaycan arasında münasibətlərin hərtərəfli nizamlanması məsələsində təklif edəcəyi çox şey var”.
Maraqlıdır, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu bəyanatı Brüsselin Türkiyənin regionda mövqelərinin güclənməsi reallığını qəbul etdiyini təsdiqləyir?
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Samir Hümbətov deyib ki, Avropa İttifaqı da artıq başa düşür ki, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində Türkiyə ciddi töhfə verə bilər:
“Toivo Klaarın öz tviter səhifəsində yazdıqları da əslində bunu deməyə əsas verir. Düzdür, o rəsmi Ankaranın hansı formada iştirak edə biləcəyini açıqlamayıb, lakin bu prosesə ciddi təsir göstərmək iqtidarında olduğunu təsdiqləyib.
Bir ildən artıqdır ki, Brüsseldə və Moskvada Ermənistan-Azərbaycan danışıqları gedir. Hər iki tərəf sülhün əldə edilməsi istiqamətində öz dominantlığını nümayiş etdirməyə çalışır. Lakin reallıq ondan ibarətdir ki, heç bir tərəf yekun sülh modelini təklif edə bilmir.
Ümumiyyətlə əgər biz iki ölkə arasında sülhün əldə edilməsindən danışırıqsa, hesab edirəm, Türkiyə faktorunu nəzərə almalıyıq. Məsələ ondadır ki, nə Rusiyanın, nə də Avropa İttifaqının Ermənistan ilə sərhədi yoxdur. Lakin Türkiyənin bu ölkə ilə sərhədi var. Rəsmi Ankara İrəvan ilə münasibətlərin normallaşması və sərhədlərin açılmasında maraqlıdır. İlkin şərt kimi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını tələb edir. Yəni Ermənistan bunu etsə, faktiki olaraq blokada vəziyyətindən çıxa biləcək.
Bu gün Türkiyədə 100 mindən çox erməni vətəndaşı işləyir, yaşayır. İki ölkə arasında sərhədlərin açılması hər kəsdən çox Ermənistana sərf edəcək. Buna görə də deyə bilərəm ki, Ankaranın danışıqlar prosesində iştirakı hazırda real sülhün əldə edilməsi baxımından vacibdir”.
Politoloqun sözlərinə görə, Avropa İttifaqı da artıq başa düşür ki, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində Türkiyə ciddi töhfə verə bilər:
“Türkiyənin proseslərə baxışı daha loyal və konstruktivdir. Ankara Bakını da, İrəvanı da yaxşı tanıyır və həssaslığını anlayır. Danışıqlar prosesində hər iki tərəfi narahat edən məqamları nəzərə ala bilər. Digər tərəfdən Türkiyə sözdə vədlərdənsə, real təşəbbüslər irəli sürən ölkədir.
Ankara-Brüssel münasibətləri də olduqca yaxşı səviyyədədir. Kremlin proseslərdə olmasındansa Ankaranın olması Brüsselin maraqlarına daha çox uyğundur”.
636 dəfə oxundu