Tariyel Qurbanovu şantaj edərək aldığı pulu “07”yə veribmiş
Tanınmış prokuror Tariyel Qurbanovu şantaj edərək pul almaqda ittiham olunan hamam işçisi Ümman Əliyev və tanışlarının məhkəməsi davam etdirilir.
"Qafqazinfo" xəbər verir ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Kamran Ədəbəvazi deyib ki, Ümmanla hamamda iş yoldaşı olublar. Ümman ondan Tariyel Qurbanovdan aldığı pulu göndərtdirmək üçün kart istəyib: “Ümmanı “Hamam Palace”dan tanıyıram. Keçmiş iş yoldaşımdır. Mən həmin hamamda kisəçi işləyirdim. Tariyel Qurbanovu da ora gəlib-gedən müştəri kimi tanıyırdım. Ümman bir dəfə məndən kart istədi. Dedi ki, pul köçürəcəklər, mən də anamın adına olan kartı ona verdim. Pul köçəndən sonra dedi ki, istəsən 100 manat özünə götür, mən qəbul eləmədim”.
Daha sonra hakim şahidə “Ümmanın Tariyel Qurbanova qarşı xoşagəlməz hərəkətlər etdiyini bilmisiz?” sualına Kamran “xeyr, xəbərim olmayıb. Onun Tariyel müəllimdən pul istəməsini, zəng etməsini filan bilməmişəm”, - deyə cavab verib.
Daha sonra hakim xatırladıb ki, Kamranın Ümmanla telefon danışıqları var və orada Tariyel Qurbanovla bağlı söhbətlər gedir. Şahid hadisənin çoxdan baş verdiyini, bəzi məqamları unutduğunu deyib. Məlum olub ki, o vaxt Kamran Ümmana məsləhət edib ki, Tariyel Qurbanovu şantaj etməkdən əl çəksin: “Ümman dedi ki, Tariyel Qurbanov haqqında məndə rüsvayedici məlumatlar var. Mən də dedim ki, Tariyel müəllim yaxşı insandır, ona qarşı belə davranmağın düzgün deyil. Tariyel Qurbanova zəng etdim deyim ki, sənin haqqında belə bir söhbət var, xəbərin olsun. Amma o telefonu götürmədi”.
Daha sonra digər şahidlər dindirilib. Onların arasında Ümmanın Tariyel Qurbanovun verdiyi pullarla aldığı maşının sahibi, digər hamam işçiləri olublar. Məlum olub ki, Ümman həmin pulun bir qismi ilə özünə “VAZ 2107” markalı maşın alıb.
İş üzrə şahidlərin dindirilməsi başa çatıb. Proses dekabrın 26-da davam etdiriləcək.
Xatırladaq ki, istintaq tərəfindən Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, İlqar Əliyev, Ələkbər Nuriyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib. İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.
Məşhur prokuroru əsas şantaj edən şəxsin Ümman Əliyev olduğu bildirilir. İddialara görə, o, hamamda kisəçi-ofisiant işləyib. Tariyel Qurbanov isə həmin hamamın daimi müştərisi kimi Ümmanla orada tanış olub. İstintaqda verdiyi ifadəsinə görə, Ümman Əliyev Tariyel Qurbanovdan şantaj yolu ilə 63 min manatdan çox pul alıb.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı olan T.Qurbanov hazırda Abşeron rayon prokurorunun böyük köməkçisidir. O, sözügedən hadisə baş verərkən Baş Prokurorluqda idarə rəisinin müavini olub.
613 dəfə oxundu