İsraildə Azərbaycanla bağlı “gizli” bölmə: Bakının İrana qarşı strateji fürsətləri - TƏHLİL
Azərbaycanla İsrail arasındakı əlaqələrin siyasi, təhlükəsizlik, hərbi, kəşfiyyat sahələrini özündə əks etdirən fəsli möhkəm və etibarlı bağlarla möhkəmləndirilir.
İsrail Azərbaycandan neft və qaz idxal edir, Azərbaycan öz tərəfdaşının neft-qaz ehtiyaclarının 48 faizini ödəyir.
Xəzər dənizindəki zəngin yataqlar hesabına Bakının artan əhəmiyyəti İsrailin dünyanın ən böyük gölünün təhlükəsizliyinə sərmayə qoymaq üçün enerjisini yüksəldir.
Ona görə də İsrail Xəzər dənizinin Azərbaycan sektorunda hərbi və iqtisadi təhlükəsizliyin qorunması üçün Bakı ilə əməkdaşlıq edir.
Bu məqsədlə Təl-Əviv Bakını dəniz təhlükəsizliyi üçün lazım olan silahlarla təmin etməklə İranın quru təhdidlərinin ərazi sularına keçidinə qarşı bufer yaradır.
Məsələ təkcə bununla yekunlaşmır, beynəlxalq münasibətlərdə pıqqıldayan qazanların qapaqlarını atması ideoloji silahlarla nüfuz dairəsi formalaşdırmaq atəşi ilə yanan ölkələrə qarşı münasibətləri kəskin dəyişdirir.
İslamın şiəlik məzhəbini özünəməxsus şəkildə təhriflərlə, dağıdıcılıq fəaliyyəti üçün interpretasiya edən İran müsəlman dünyasında ideoloji monopoliya yaratmaqdan əl çəkmir.
Bununla belə, İranın ideoloji vasitələri əldən çıxır, Tehran qlobal və regional hərbi-siyasi atmosferdə bərpası çətin olan itkilərlə üzləşir.
Azərbaycanın İsraildə səfirlik açmaq qərarından sonra beynəlxalq informasiya məkanındakı axında bu mövzu barədəki təqdimatlar da İranın maraqlarına həlledici zərbənin işartısı kimi başa düşülə bilər.
“Azərbaycan İsraildə səfirlik açan ilk şiə ölkəsidir” deyə aparılan təbliğat İranın ideoloji böhranla üz-üzə dayandığının əlamətidir və bu prosesi Təl-Əvivin İranın qanlı bölgəyə çevirmək istədiyi Bəhreynlə əlaqələrini yumşaltmaq cəhdləri müşayiət edir.
Yəni nəhəng maraqlar lövhəsində bu məsələ Azərbaycan-İsrail-Bəhreyn yarıgizli üçlü əlaqələri kontekstində təhlil oluna bilər.
İsrail Xarici İşlər Nazirliyində Azərbaycan, Mərkəzi Asiya, körfəz ölkələri ilə əlaqələri özündə birləşdirən Avrasiya departamenti yaradılıb və o, MOSSAD, hərbi kəşfiyyat və baş nazirlik institutunun koordinasiyası əsasında fəaliyyət göstərir.
İsrail bununla özünü regional-coğrafi çərçivə ilə məhdudlaşdırmadığını təsdiqləyir və qlobal səhnəyə təsir göstərməyə can atdığını gözə soxur.
İsrail ABŞ ilə paralel olaraq nüfuz dairələrinə doğru irəliləyir və İran təsirinin onlara çatmasının qarşısını almaq üçün maneələr yaradır.
Ancaq İsrail müsəlman dünyasının xilaskar kimi baxdığı dünyəvi Türkiyə ilə də əlaqələri gözardı etməməli və Ankaranın da islam coğrafiyasındakı ideoloji nüfuzunu nəzərə almalıdır.
İsrail XİN-dəki adıçəkilən departamentin əməkdaşlarının rus-yəhudi qarışığından olması faktı da diqqət çəkir, yəqin ki, Təl-Əviv ambisiyalarının çərçivəsinin Rusiya ilə toqquşan maraqlar həddinə çatmaması üçün çalışır.
Bu, daha çox Azərbaycan və Mərkəzi Asiyaya nisbətdə özünü göstərə bilər, çünki Bəhreyn hərbi-siyasi təhlükəsizlik mühitini daha çox Qərbə inteqrasiya etdirib.
Rusiya ilə İsrail Suriya məsələsində ayrı-ayrı cəbhələrdə dayansalar da, bir-birinin ayağının altını qazmaqdan yayınırlar, mümkündür ki, bu xətt Cənubi Qafqaz teatrında da özünü göstərəcək.
İranla bağlı gedişatlar və sonrakı hədəflər üçün yazılan ssenarilər, Moskvanın Tehranın əzilməsi prosesində göstərdiyi səssizlik proqnoz səsləndirməyə əsas verir ki, Təl-Əvivlə Kreml məsələdə uzunmüddətli dövr üçün uzlaşan birgə strategiya yaradacaqlar.
İsrailin həm Qərb, həm də Moskva ilə incə balansı saxlaması Azərbaycan üçün strateji fürsətlərdir və hazırda İran üzərində təzyiq alətinə çevrilməkdə davam edəcək.
512 dəfə oxundu