Fransa XİN Azərbaycana qarşı qətnamə barədə: "Rəsmi mövqe deyil"
“Fransa parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi mövqeyini əks etdirmir”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu ötən gün jurnalistlərə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
"Parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib", - diplomat bildirib.
Onun sözlərinə görə, Fransa hökumətinin mövqeyi hamıya məlumdur. O, xarici işlər naziri Ketrin Kolonnanın “Fransa sülhə nail olmaq fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyə davam edəcək” ifadələrini xatırladıb.
Bundan əvvəl Fransa Senatı və Milli Assambleyası hökuməti “Ermənistana qarşı təcavüzkar hərəkətlərini davam etdirəcəyi təqdirdə Azərbaycan nümayəndələrinə qarşı şəxsi sanksiyaların tətbiqi imkanlarına baxmağa çağıran qətnamələr” qəbul edib.
Bundan əlavə, parlamentarilər Nazirlər Kabinetini, eləcə də Avropa İttifaqı və ABŞ-ı “Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün təmin edilməsi üçün bütün diplomatik səyləri göstərməyə” çağırıblar.
553 dəfə oxundu