Böyrək xəstələri üçün ayrılan aparatları niyə işlədilməyib?
Xroniki böyrək çatışmazlığı ilə bağlı son 5 ildə dövlət büdcəsindən xərclənən vəsaitlərin Hesablama Palatası tərəfindən auditi nəticəsində ortaya çıxan mühüm faktlar ortaya çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.
“2019-2020-ci illərdə Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına ümumilikdə 1,122 milyon manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd osmos tipli sutəmizləmə qurğusu verilsə də, həmin tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamayıb. Əhaliyə isə digər rayonlarda xidmət göstərilib. Fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən ölkə üzrə hemodializ şöbələrindəki dializ aparatlarının 10%-i istismar müddətini başa vurmuş, 2019-2021-ci illərdə hemodializ şöbələrinə verilmiş 49 ədəd hemodializ aparatının müxtəlif səbəblərdən istifadəyə verilməsi mümkün olmayıb. Növbənin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının icrası müddətləri ilə üst-üstə düşmədiyi, nəticədə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri baş vermiş, hemodializ şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə normadan 1,2-2,4 dəfə az olub. Mövcud qaydalara görə, 1 hemodializ aparatı üçün 12 kv/metr sahə təmin edilməlidir”, - deyə o bildirib.
572 dəfə oxundu