“Babək Səmidli özü xahiş edib ki, Fərhad Əhmədov səsini yazsın”

“Babək Səmidli özü xahiş edib ki, Fərhad Əhmədov səsini yazsın”
“Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın. O başa düşürdü ki, müharibədi hər an hər şey ola bilər, istəyirdi ki, səsi yazılsın və sonra onun ailəsinə verilsin. Müharibə ilə bağlı bir sıra düzgün məlumatlar yazılsın və lazım olarsa sonra cənab Prezidentə çatdırılsın”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Manset.az-a məşhur azərbaycanlı iş adamı Fərhad Əhmədovun köməkçisi Ruhəngiz Seyidova deyib.

O bildirib ki, Dövlət Təhlükəsizlik Xidməti Fərhad Əhmədovu saxlamayıb: “O, saxlanılma deyildi. Səhv məlumatdır. O, saxlanılmayıb, bir şahid kimi dəvət olunub. Onu tutub əllərini qandallayıb aparmayıblar. Biri var adi bir adamı aparırlar, indi bu nüfuzlu bir şəxs kimi dəvət edirlər. Bu bir az fərqli baş verir. Bizim millət bunu anlamır”.
Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə və yerli KİV-də şəhid polkovnik Babək Səmidlinin səs yazısında sualları verən şəxsin azərbaycamlı milyarder F. Əhmoduv olması ilə bağlı iddialar yayılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
689 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...