Jak Şirak xəstəxanaya yerləşdirildi

Jak Şirak xəstəxanaya yerləşdirildi


Fransanın keçmiş prezidenti Jak Şirak tibbi baxış üçün xəstəxanaya aparılıb. Virtualaz.org RİA Novosti-yə istinadən xəbər verir ki, 83 yaşlı siyasətçinin qızı Klod Şirak atasının sağlamlığı üçün heç bir təhlükənin olmadığını bildirib: “Atam sadəcə son günlərdə özündə zəiflik hiss etdiyindən tam tibbi müayinədən keçmək üçün xəstəxanaya yatırılıb. O, bir neçə gün xəstəxanada qalacaq”.

Xatırladaq ki, Jak Şirak 1995-ci ildən 2007-ci ilə qədər Fransanın 22-ci prezidenti olub. Şirak hakimiyyətdə olduğu dövrdə prezident səlahiyyətinin müddəti 7 ildən 5 ilə endirilib. Ümumilikdə, Şirak Yelisey sarayında 12 il keçirib, bununla da o, 14 il prezident olan Fransua Mitterandan sonra uzun müddət prezident olan ikinci şəxsdir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
955 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...