Tunisdə içərisində Azərbaycan vətəndaşları olan gəmi batıb

Tunisdə içərisində Azərbaycan vətəndaşları olan gəmi batıb
Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Mosaique FM” radiostansiyası mülki müdafiə idarəsindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilərək, vəziyyəti stabil olaraq Qabes xəstəxanasına çatdırılıb.
Bildirilir ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi su sızması səbəbindən batmağa başlayıb, bundan sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini cəlb edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2386 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...