“Üçüncü dünya müharibəsi başlayıb, cəhənnəmə yuvarlanır” — Saakaşvili yazdı

“Üçüncü dünya müharibəsi başlayıb, cəhənnəmə yuvarlanır” —
“Artıq Üçüncü Dünya Müharibəsi başlayıb”.

Gununsesi.info bildirir ki, bu sözləri həbsdə olan Gürcüstan prezidenti Mixeil Saakaşvili öz paylaşımında yazıb.

Onun sözlərinə görə, üçüncü dünya müharibəsinin əsas xüsusiyyətləri təkcə Ukrayna və Yaxın Şərqdəki müharibələr deyil, həm də daha açıq şəkildə mövcud qaydalara əsaslanan beynəlxalq nizamın sona çatmasıdır.

“Köhnə beynəlxalq hüquq ciddi şəkildə zəiflədilib. Mümkündür ki, bu, dünyada çoxsaylı quru və ya ideoloji əsaslı hərbi münaqişələrə səbəb olacaq. Bu yeni reallıq kiçik və zəif ölkələr üçün ciddi risklər yaradır və qlobal iqtisadiyyata ciddi zərbə vurur”-deyə sabiq prezident vurğulayıb.

Saakaşvili bildirib ki, Çin artıq bu yeni dünyanın bir hissəsidir və yaxın aylarda daha da fəallaşacaq. “ABŞ öz mövqeyini yenidən nəzərdən keçirməli olacaq. Çünki dünyanın cəhənnəmə yuvarlandığı bir vaxtda o, boş dayana bilməz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
29 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...