"ABŞ liderinə lazımi silahların siyahısını vermişəm" - Zelenski

"ABŞ liderinə lazımi silahların siyahısını vermişəm" -
“Mən lazım olan silahların siyahısını çoxdan ABŞ lideri Cozef Baydenə vermişəm”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində deyib.

“Bayden bizim silah tədarükümüzə kömək ola bilər. O, bunu edə bilər və etməlidir. Çünki o, ABŞ lideridir. ABŞ böyük gücdür, ciddi təsir gücünə malikdir. Prezident Bayden hətta özündə olmayan silahları da başqa dövlətlərdən tapa bilər”, - o bildirib.

Xatırladaq ki, Volodimir Zelenski Ukraynanın indi suveren seçim etmək hüququna malik olmaq üçün ümumbəşəri dəyərlər uğrunda mübarizə apardığını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2211 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...