Ukraynadakı müharibədə 183 uşaq həlak olub

Ukraynadakı müharibədə 183 uşaq həlak olub
Ukraynadakı müharibə indiyədək 183 uşağın həyatına son qoyub, 342 azyaşlı isə yaralanıb.

APA-nın UNIAN-a istinadən xəbərinə görə, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, onlardan 110-u Donetsk, 98-i isə Kiyevdə qətlə yetirilib.

Bununla yanaşı Xarkovda öldürülən uşaqların sayı 76-ya çatıb. Çerniqov vilayətində 54, Nikolayevdə 40, Luqanskda isə 35 uşaq gülləyə tuş gəlib. Zaparojyedə 22 azyaşlı ölümdən xilas ola bilməyib. Sum vilayətində 16, Jitomirdə isə 15 uşaq dünyasını dəyişib.

BMT-nin məlumatında isə deyilir ki, Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatlar nəticəsində 1793 dinc sakin öldürülüb.

Bundan əlavə, 938 mülki obyektə ziyan dəyib ki, onların da 87-i tamamilə dağıdılıb.

Qeyd edək ki, Baş Qərargah rəqəmlərin yalnız rəsmi məlumatlara əsaslandığını, ölü və yaralı sayının isə daha çox ola biləcəyini istisna etməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1572 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...