Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru valideynlərə çağırış edib

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru valideynlərə çağırış edib
“Uşaqlar arasında son dövrlər ən çox mövsümü xəstəliklər yayılıb”.

Bunu APA-ya açıqlamasında K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev deyib.
O qeyd edib ki, hazırda virus xəstəlikləri ön plandadır.

“Bu xəstəliklər zamanı qusma, yüksək hərarət müşahidə edilir. Xəstəliyin gedişatı hər il bu şəkildə olur və təhlükəli deyil. Ailələr COVID-19-dan dolayı xəstəxanaya getməkdən qorxurlar. Mən valideynlərə çağırış etmək istərdim ki, əgər uşağınızda bu hallar müşahidə olunursa, xəstəxanaya getməkdən çəkinməyin. Yüngül bir müalicə ilə sağalacaq uşağınız vəziyyəti xəstəxanaya getmədiyiniz təqdirdə ağırlaşa bilər”, - direktor vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
609 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...