Mən yaxşı oğlanam – Medvedyev

Mən yaxşı oğlanam –


Rusiya baş naziri Dmitriy Medvedyev hesab edir ki, ölkə hökumətində həm yaxşı, həm də pis oğlanlar olmalıdır. “Mən yaxşı oğlanam”, - deyə Medvedyev Rusiya telekanallarına müsahibəsində bildirib.

Daha əvvəl baş nazir Dmitriy Medvedyev neft-qaz sahəsində problemlərin olduğunu etiraf edib. O, həmçinin qeyd edib ki, cari trend – son 17 ildə müşahidə olunan ən aşağı göstəricidir. Qeyd edək ki, Rusiya baş naziri Dmitriy Medvedyev canlı efirdə ilin yekunlarını dəyərləndirir və rusiyalı jurnalistlərin suallarını cavablandırır.
“Rossiya 1”, “Rossiya 24”, “Vesti.ru” saytı, həmçinin “Mayak” və “Vesti FM” radiostansiyaları Medvedyevin çıxışını canlı yayımlayırlar.

Rusiya baş nazirinə sualları Rusiyanın tanınmış jurnalistləri - Sergey Brilev, İradə Zeynalova, Kiril Pozdnyakov, Mixail Fişman, Yelizaveta Osetinskaya verirlər. Xatırladaq ki, həmyerlimiz İradə Zeynalova bazar günləri Rusiyanın birinci kanalında "Vremya" proqramını aparır. İradə Zeynalova 1997-ci ildən televiziya sahəsində çalışır. O, 2003-cü ildən Birinci kanalda işləyir və 2006-cı ildə burada mükafatlandırılıb. İradə Zeynalova 2007-ci ildən London bürosu üzrə müxbir olub. 2011-ci ildən isə kanalın Yaxın Şərq bürosuna rəhbərlik edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
993 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...