Ukraynalı general unikal döyüşlərdən danışdı: “Toçka-U” ilə gəmi vurmuşuq”

Ukraynalı general unikal döyüşlərdən danışdı:
Ukrayna Silahlı Qüvvələri Rusiyanın “Saratov” nəhəng desant gəmisini Berdyansk limanında məhv etmək üçün birbaşa olaraq dəniz döyüşlərində istifadə üçün nəzərdə tutulmamış silahlar tətbiq edib.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayoru Viktor Yaqun danışıb.

“Vəziyyət unikaldır, çünki heç kim heç zaman gəmilərə qarşı bu cür silah sistemlərindən istifadə etməyib”, - deyə o bildirib.

Onun sözlərinə görə, sahildən Odessa yaxınlığındakı patrul gəmisinin raket atəşinə tutulması, katerə qarşı daşına bilən zenit-raket kompleksindən istifadə olunması, gəminin “Toçka-U” vasitəsilə vurulması unikal haldır.

Mənbə: Unian.net



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1384 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...